Minlərlə sakin aeroportda etiraz aksiyaları keçirdi- BÜTÜN UÇUŞLAR LƏĞV OLUNDU

Minlərlə sakin aeroportda etiraz aksiyaları keçirdi

Cinayətkarların Çinə təhvil verilməsini asanlaşdıran qanun layihəsinə etiraz olaraq Honq- Konq şəhərində beynəlxalq hava limanında bütün uçuşlar ləğv edilib. 

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə sakin səhər saatlarında aeroportun əsas terminalını, giriş-çıxış nöqtələrini zəbt edərək etiraz aksiyası keçiriblər.

Hava limanı rəsmisi Yanq Quanq bildirib ki, bu hadisə bütün uçuş əməliyyatlarını ciddi şəkildə gecikdirib.

O da qeyd edilir ki, nümayişçilər 171 asayiş keçikçisinə xəsarət yetiriblər.

 





Gununsesi.org

COMMENTS