Miqrantları daşıyan gəmi batıb - 8 ÖLÜ, 50 İTKİN

  • By admin
  • 08 Yanvar 2018 21:50

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı gəmidə 150-dək miqrant olub.

Məlumata əsasən, qadın və azyaşlı uşaqlar daxil olmaqla 8 miqrant batıb, azı 50 nəfər itkin düşüb.

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

Gununsesi.info