Miqrantların olduğu gəmiyə həbs qoyuldu

  • By admin
  • 21 Avqust 2019 09:58

İtaliya prokurorluğu göyərtəsində 79 miqrantın olduğu “Open Arms” ispan gəmisinə həbs qoyulması haqda qərar qəbul edib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda gəmi Lampeduza adası sahillərinə yan alıb. Gəmiyə həbs qoyulması qərarı hakimlərin, həkimlərin və polisin göyərtəyə daxil olmasından sonra elan edilib. Artıq gəmiyə xidməti vəzifəsini yerinə yetirməmə üzrə cinayət işi açılıb.

Qeyd edək ki, İtaliya hökuməti 2018-ci ildən miqrasiya haqqında qanunvericiliyi sərtləşdirib.

Gununsesi.org