Miqrasiya qanununu pozan azərbaycanlı Rusiyadan qovuldu

  • By admin
  • 24 Yanvar 2020 17:29

Rusiyanın Amur vilayətindən azərbaycanlı deport olunub.

Gununsesi.org Amur.info-ya istinadən xəbər verir ki, vilayət ərazisindən bu ilin yanvar ayında 13 əcnəbi deportasiya edilib.

Onlardan birinin azərbaycanlı olduğu bildirilir.

Rusiya ərazisindən çıxarılan həmin şəxslər dövlətin miqrasiya qanunlarını pozmaqda günahlandırılıblar.

Onlar dövlət sərhədini keçmək şərtlərini, Rusiya Federasiyasına giriş qaydalarını, orada qalmaq və ya yaşayış qaydalarını pozan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan və digər miqrasiya qaydalarına əməl etməyən şəxslərdir.

Amur vilayətinin Mətbuat xidmətinin məlumatına görə, deport olunan əcnəbilər beş il ərzində Rusiya ərazisinə daxil ola bilməyəcəklər.

Gununsesi.org