Miri Yusiflə Cem Yılmaz görüşdülərr – Foto

  • By admin
  • 18 Noyabr 2019 11:36

Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib. 

Gununsesi.org xəbər verir ki, sənətçi, öncə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.

O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl konsert, gözəl sənətkar”.

Qeyd edək ki, aktyor yerli KİV nümayəndələri ilə görüşü zamanı “bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram”, – deyə bildirmişdi. Onun bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

 

 

Gununsesi.org