Misir ehramları yaxınlığında partlayışın görüntüləri yayıldı -VİDEO

  • By admin
  • 19 May 2019 20:15

Xəbər verdiyimiz kimi, Qahirədə turistləri daşıyan avtobusun yaxınlığında partlayış olub.

Bildirilir ki, partlayış nəticəsində avtobusun 17 sərnişini yaralanıb. Bəzi məlumatlara görə, partlayış Böyük Misir muzeyi və Cizə ehramı yaxınlığında partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Yaralılar  Misir  və CAR vətəndaşlarıdır. Onların əsasən yüngül xəsarət aldıqları bildirilir.