Misirin eks-prezidenti məhkəmə zalında öldü

  • By admin
  • 17 İyun 2019 20:41

Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirədə vəfat edib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Əl-Əhram” nəşri yazıb.

O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında dünyasını dəyişib.

Qeyd edək ki, M. Mursi ölkə rəhbərliyindən 2013-cü ildə kənarlaşdırılmışdı.