Mitinq başa çatdı - POLİS KORDONLARI GÖTÜRÜLDÜ

  • By admin
  • 19 Oktyabr 2019 17:52

Saat 17:00 radələrində Bakının mərkəzi küçələrində etirazlar başa çatıb.

Gununsesi.org xəbər verir ki, bir sıra küçələrdən polis kordonları qaldırılıb. Amma metronun “28 May” stansiyasına keçidlər hələ də bağlıdır. AXCP-nin məlumatına görə, yüzlərlə insan saxlanılıb. Bakı Baş Polis İdarəsindən bildiriblər ki, rəsmi məlumat bir qədər sonra yayılacaq. Saxlanılmalar zamanı bir neçə jurnalist xəsarət alıb.

 

 

Gununsesi.org