Mitinq təşkilatçıları polisə çağrılıb

Mitinq təşkilatçıları polisə çağrılıb

Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə Gununsesi.org-a mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib.

O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, sabah – oktyabrın 17-də saat 11-ə idarəyə dəvət olunublar.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun “28 May” stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə “28 May” metrostansiyası qarşısında keçirəcəklərini bildirib.

COMMENTS