“Mitsubishi” 108 mindən çox avtomobili geri çağırıb

  • By admin
  • 07 Noyabr 2017 22:20

“Mitsubishi” şirkəti Rusiyada 108 mindən çox avtomobili geri çağırıb.

Gununsesi.info xəbər verir ki, bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2006-cıi ilin noyabrından 2016-cı ilin fevralınadək satılmış “Galant/Pajero” və 2007-ci ilin aprelindən 2013-cü ilin oktyabrınadək satılmış “i-MiEV/Pajero” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Gununsesi.info