Mixail Saakaşvilinin partiyası seçkinin qalibi olacaq

  • By admin
  • 08 Oktyabr 2018 22:55
“Edison Research” adlı beynəlxalq şirkət Gürcüstanda prezident seçkiləri öncəsi sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 31 faizi Mixail Saakaşvilinin lideri olduğu partiyanın namizədi Qriqol Vaşadzeyə səs verəcəyini açıqlayıb.
İkinci yeri hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili (16 faiz) tutub. “Avropalı Gürcüstan” partiyasının namizədi David Bakradzeyə isə respondentlərin 15 faizi səs verəcəyini açıqlayıb.
Qeyd edək ki, “Edison Research” ötən ilin oktyabrında Tbilisi meri vəzifəsinə seçkilərin nəticəsini düz proqnozlaşdırmışdı. O vaxt seçkidə hakim partiyanın namizədi Kaxa Kaladze qalib gəlmişdi.