Moldovada yeni baş naziri təyin olundu

  • By admin
  • 14 Noyabr 2019 18:15

Moldova parlamenti baş nazir qismində İon Kikunun namizədliyini təsdiq edib.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, 101 deputatdan 62-i yeni nazirin hökumət qurmasını dəstəkləyib.

Qeyd edək ki, noyabrın 12-də Maya Sandunun başçılıq etdiyi hökumət istefaya getmişdi.

Ölkə prezidenti İqor Dodon ötən gün sabiq maliyyə naziri İon Kikunun namizədliyini baş nazir vəzifəsinə irəli sürmüşdü.

 

Gununsesi.org