Moskva aeroportları hava şəraiti ilə əlaqədar iflic olub

  • By admin
  • 30 Noyabr 2019 19:45

Moskva aeroportlarında 30-dan çox aviareysin hərəkəti gecikir. Bir sıra istiqamətlərdə uçuşlar ləğv edilib.

Gununsesi.org xəbər verir ki, məlumat “Yandex”in cədvəlində paylaşılıb.

“Vnukovo” hava limanında 11 reysin uçuşu gecikir, bir o qədəri də ləğv edilib. “Domodedovo”da gecikən reyslərin sayı 8-dir, 6 hərəkət ləğv edilib. “Şerementyevo”da isə 5 reysin hərəkəti gecikir.

Hidrometroloqlar sabah üçün Moskvada sulu qar və qar proqnozlaşdırıblar.

 

Gununsesi.org