Moskva Belarusun və Qazaxıstanın qarşısında şərt qoydu

  • By admin
  • 06 Dekabr 2016 11:10
belarus
Belarus və Qazaxstan Azərbaycana dəstək verdiyi üçün İrəvan Moskvadan bu ölkələrin Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılmasını tələb edir.
Gununsesi.info  xəbər verir ki, belə bir  ideya ilə erməni politoloq Manvel Sarqsyan 1in.am saytına müsahibəsində irəli sürüb. M. Sarqsyan belə bir təkliflə çıxış etməsinin səbəbi kimi Belarus və Qazaxstanın aprel döyüşləri zamanı KTMT üzvü olan Ermənistanı fəal şəkildə dəstəkləmək əvəzinə Azərbaycana dəstək vermələrini göstərib. O, Moskvadan Belarus və Qazaxstanın KTMT və Avrasiya İttifaqından çıxarılması ilə yanaşı, bu qurumlarda “nizam intizam” yaratmağı təklif edib.
Digər erməni ekspert Riçard Kirakosyan “Vestnik Kavkaz”-a  verdiyi müsahibədə isə bildirib ki,  İrəvanın Moskvanı  dalana dirəməsi nəticəsində  “İsgəndər” raket kompleksini alınmaına və bununla da  həm Azərbaycana, həm də Belarusla Qazaxstana bir mesaj vermiş oldu.
Rusiyalı ekspert Mixail Belyayev isə “Vestnik Kavkaz”-a yazdığı məqaləsindəbildirib ki, Moskvanın İrəvanı “İsgəndər” raketini verməsi onun maraqlarının əleyhinə işləmiş olacaq: “Əgər İrvanın Belarus və QazaxstanınAvrasiya İttifaqı və  KTMT-dən çıxarılmasına nail olarsa, bu zaman Moskva uduzmuş bir vəziyyətə düşəcək”. M. Belyayev hesab edir ki, bu gün İrəvanın əsas hədəfi  Moskvanın  Minsk, Astana vəBakı arasındakı isti münasibətləri pozmağa yönəlib və ona görə də xarici siyasətində ehtiyatlı olmalıdır.
Gununsesi.info