“Moskva Türkiyənin Suriyaya müdaxiəsindən maksimal yararlanmağa çalışır” - LE MONDE

  • By admin
  • 12 Oktyabr 2019 19:16

“Rusiya Suriya münaqişəsində hakim möqveyini gücləndirəcəyini və kürdlərlə Dəməşqi yaxınlaşdıracağın düşünür”.

Gununsesi.org xəbər verir ki. bu cümlə Fransanın “Le Monde” qəzetinin Moskvadakı nümayəndəsi Benua Vitkinin analitik yazısnda yer alıb.
Müxbirin ekspert rəyini aldığı Rusiya Elmlər Akademiyasının Avropa İnstitutnun “Avropa-Yaxın Şərq” mərkəzinin rəhbəri Aleksandr Şumilinin fikrincə, hazırkı situasiya Kremlə olduqca sərf edir.

“Rusiya 2013-cü ildə Barak Obamanın Dəməşqi bombalamaqdan vaz keçməsi kimi başqalarının səhvindən yararlanmağı gözəl bacarır. Bu gün rəsmi Vaşinqton qoşunlarını çəkir və zəif mövqedə qalır. O ki qaldı Türkiyəyə, rəsmi Ankaranın tam izolyasiya vəziyyətinə düşməsi riski var”,-deyə A.Şumilin qeyd edib.

Lakin Rusiya üçün əsas prioritet müttəfiqi Bəşər Əsədin Dəməşqdə qorunması və onun nəzarət etdiyi ərazilərin genişləndirilməsidir. Ölkənin şimalındakı son hadisələr bunun üçün geniş imkanlar açır.

“Moskva bu məqsədlə heç vaxt kürd qruplaşmaları ilə kontaktlarını üzməyib və onları hər vəchlə Dəməşqin himayəsinə atmağa çalışır. Kürldərin Əsəd rejiminə inamsızılığı və Suriyann mərkəzi hökumətinin suverenlik istəklərinə görə, onlara qarşı barışmaz növqeyi bu layihənin həyata keçirilməsinə mane olub. Lakin Türkiyənin hücumu vəziyyəti dəyişə bilər. Bunu bu həftənin 4-cü günü Dəməşqlə kürd birləşəmələri arasında bağlantı qurmaq istədiklərini açıqca dilə gətirən xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib”,-deyə yazıda vurğulanır.

“Kürdlər həm Moskva, həm də Vaşinqton üçün faydalı sınaq obyekti sayılır. Ən çətin məqamda Rusiya yüksək maraqları naminə onlardan imtina etməyə hazırdır. Bu 2018-ci ildə Türkiyənin “Fərat qalxanı” əməliyyatı zamanı rusların kürdlərin qurduğu “Xalq özünümüdafiə ordusu”nu tərk etdiyi zaman göründü”-deyə A.Şumilin söyləyib

“Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru Fyodor Lukyanov da Kremlin hazırkı situasiyadan istifadə edib, Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətinə hücumu bərpa etmək istəyəcəyini düşünür. Onun sözlərinə görə, bir yandan Ankaraya Suriyanın şimalında bufer zonası yaratmağa imkan verən Moksva əvəzində İdlibin ələ keçirilməsi oyununu yenidən başlada bilər”,-deyə o qeyd edib.

“Burda ən arzuolunmaz hal vəziyyətin nəzarətdən çıxması və Türkiyənin əməliyyatlarının tam miyqaslı savaşa çevrilə biləcəyi perspektividir. Elə ona görə də Rusiya əslində amerikalıların tam şəkildə bölgəni tərk etməsinin əleyhinədir, çünki bu ciddi vakuum yaradacaq”,-deyə F. Lukyanov fikrini söyləyib.

“Moskva Yaxın Şərqdə hər kəslə, həm israillilər, həm ərəblər, həm iranlılar, həm də səudiyyəlilərlə dil tapmağı bacarmaqla öyünür. Lakin münaqişə uzandıqca bu mövqeni olduğu kimi saxlamaq çətindir. İndi Ruisya diplomatiyası açıq şəkildə münaqişənin bütün tərəflərini qane edə biləcək nizamlamanı gətirə bilmədiyini etiraf etməyə başlayıb”,-deyə Fransanın Beynəlxalq araşdırmalar institunun Rusiya və MDB mərkəzinin direktoru Tatyana Kostuyeva-Jan “Le Monde” qəzetinə bildirib.

 

 

Gununsesi.org