Moskvada minlərlə insan qanuna və ədalətə dəstək mitinqi keçirib - MƏMURLARIN KORRUPSİYASINI ARAŞDIRAN JURNALİST AZADLQIDA

  • By admin
  • 17 İyun 2019 08:51

Moskvada yüzlərlə insan araşdırmaçı jurnalist İvan Qolunova dəstək bildirmək və onun bu yaxınlarda narkotiklərlə bağlı ittihamlarla həbsi ilə əlaqədar olaraq hakimiyyət tərəfindən sui-istifadəyə yol verilməsinə etiraz etmək üçün bazar günü yürüş keçirib.

Gununsesi.org Rusiya mediasına istinadən bildirir ki, Moskva məmurları arasında korrupsiyaya ilə bağlı araşdırmaları ilə tanınan 35 yaşlı jurnalist tərəfdarlarının və Rusiya ictimaiyyət nümayəndələrinin həbsə kəskin reaksiya verməsindən sonra azad edilib.

Hakimiyyəti tənqid edən Rusiya jurnalistləri 1990-cı illərdən başlayaraq risklərlə qarşılaşır. Onlar peşə vəzifələrini yerinə yetirdiklərinə görə hədələr və hücumlara məruz qalır, bəzən isə qətl edilir. Lakin Qolunovun işi bu dəfə görünməmiş kəskin reaksiyaya səbəb olub.

Jurnalist İvan Qolunovun işinə xitam verildikdən sonra o, ev dustaqlığından azad edilib, Moskva, 11 iyun, 2019.
Jurnalist İvan Qolunovun işinə xitam verildikdən sonra o, ev dustaqlığından azad edilib, Moskva, 11 iyun, 2019.

Rusiyanın tanınmış ictimai və mədəniyyət xadimləri Meduza xəbər saytının müxbiri İvan Qolunova dəstək mesajları ilə çıxış ediblər.

Rusiyanın aparıcı üç biznes xəbər nəşri olan Kommersant, Vedomosti və RBK keçən həftənin bazar ertəsi günü “Biz İran Qolunovuq” başlığı ilə çıxıb.

Qolunovun azad edilməsindən bir gün sonra, iyunun 12-də Moskvanın mərkəzində sanksiyalaşdırılmamış mitinq zamanı Rusiya müxalifət lideri Aleksey Navalnı da daxil olmaqla təxminən 500-dən çox insan saxlanmışdı.

Rusiya müxalifət lideri Alekseiy Navalnı Moskvada jurnalist İvan Qolunova dəstək məqsədilə keçirilmiş mitinqdə polis işçiləri tərəfindən saxlanılır, 12 iyun, 2019.
Rusiya müxalifət lideri Alekseiy Navalnı Moskvada jurnalist İvan Qolunova dəstək məqsədilə keçirilmiş mitinqdə polis işçiləri tərəfindən saxlanılır, 12 iyun, 2019.

Bazar günü Rusiya Jurnalistlər İttifaqının“Qanun və ədalər hamı üçündür” şüarı ilə keçirdiyi yürüşə yüzlərlə insanın gəldiyi bildirilir. TASS xəbər agentliyi mitinqdə təxminən 1600 nəfərin toplaşdığı haqda məlumat verib.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev iyunun 11-də jurnalist İvan Qolunova qarşı cinayət ittihamlarının aradan qaldırıldığını və onun ev dustaqlığından azad edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib ki, qərargahı Latviyada yerləşən Meduza xəbər saytının müxbiri olan Qolunovun həbsində iştirak etmiş polis işçiləri cəzalandırılıb və onların hərəkətləri ilə bağlı daxili araşdırma başladılıb.

Gununsesi.org