Moskvada ticarət mərkəzində güclü yanğın olub: xəsarət alanlar var – YENİLƏNİB

  • By admin
  • 08 Oktyabr 2017 22:00

37209beb-b1ff-4555-9d91-022f2612aed4
Moskvada fəaliyyət göstərən “Sindika” ticarət mərkəzində baş vermiş güclü yanğın zamanı 2 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə “Qazeta.ru” xəbər verib.
Qeyd edək ki. hadisə yerindən 3000 insan təxliyyə olunub.
“Sindika” ticarət mərkəzində baş vermiş yanğının əhatə etdiyi sahə 55 min kvadrat metrdir.
***20:18
Moskvada fəaliyyət göstərən ticarət mərkəzlərindən birində güclü yanğın baş verib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə yerindən 3000 insan təxliyyə olunub.
“Sindika” ticarət mərkəzində yanğının əhatə etdiyi sahə 55 min kvadrat metrdir.
Ticarət mərkəzinə aparan bütün yollar bağlanılıb, hadisə yerinə cəlb olunan helikopterlər alovun üzərinə su tökür.
Ticarət mərkəzi Moskva Dairəvi Avtomaqistralınn 65-ci kilometrliyindəə, Stroqino rayonunda yerləşir. Hadisə zamanı xəsarət alan olmayıb.

Gununsesi.info