Mövlut Çavuşoğlu iranlı həmkarı ilə görüşüb

  • By admin
  • 12 Avqust 2016 14:09
movlud
Bu gün Ankara ilə Tehran arasındakı bəzi problemləri aradan qaldırılmasını müzakirə etdik və iş birliyimiz bundan sonra da davam edəcək.
Gununsesi.info “milliyet”-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu iranlı həmkarı Mühəmməd Cavad Zərifi ilə Anakarda keçirdiyi görüşdən sonra bəyan edib.
Onun sözlərinə görə, PKK, PEJAK, PYD arasında fərq görmürük.  “Bu terror  təşkilatlarını Türkiyə və İran üçün təhdid hesab edirik”-deyən M. Çavuşoğlu əlavə etdi ki, biz suriyada  davamlı sülhün bərqərar olması istiqamətində  işbirlyini gücləndirəcəyik.
FETÖ məsələsində Tehranın  Ankaranın yanında olduğunu qeyd edən iranlı nazir bildirdi ki, bu gün bəzi problemlərin  aradan qaldırılmasını müzakirə etdik  və bu problemlərin aradan qaldırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik. C.Zərifi bir daha  elektrik, qaz  məsələsində əməkdaşlığa hazır olduqlarını bəyan edib. “İstər İran qazının satışı, istər Türk iş adamlarının bu sahəyə sərmayə qoyuluşu və digər məsələlər gündəmdədir”-deyə o vurğulayıb.
M.C.Zərifi onu da bəyan edib ki,  Türkiyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi  görürük: “O baxmdan da terrorizm və bölücülük məsələsində mövqeyimiz eynidir”.
Gununsesi.info