“Moyka”dan maşın qaçıran şəxs saxlanıldı

  • By admin
  • 14 Avqust 2019 17:14

Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Gununsesi.org xəbər verir ki, hadisə avqustun 13-də saat 11 radələrində qeydə alınıb.

 Həmin gün saat 12 radələrində DİN BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən Ucar rayon sakini V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.org