MSK: “617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”

  • By admin
  • 08 Yanvar 2020 18:28

“Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib”.

Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb, 1041 nəfəri qaytarıb, 617-si isə qeydə alınıb”.

Gununsesi.org