MSK-dan şikayətçiyə XƏBƏRDARLIQ: “Bura Xalq Cəbhəsinin iclası deyil”

  • By admin
  • 18 Fevral 2020 17:53

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında maraqlı hal yaşanıb. 

Gununsesi.org xəbər verir ki, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərli ona söz verilmədən müzakirəyə müdaxilə edib.

Bu zaman MSK katibi Mikayıl Rəhimov ona irad bildirərək deyib:

“Bu, Xalq Cəbhəsinin iclası deyil. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir”.

MSK sədri Məzahir Pənahov da şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib.

Gununsesi.org