MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib

  • By admin
  • 07 Dekabr 2019 14:46

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, Təqvim Planına əsasən, passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır.

Dairə seçki komissiyası müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarını qəbul edəcək. Namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyası tərəfindən namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri veriləcək. 

Gununsesi.org