MTN AER dondurma şirkətini necə müflis edib? - ÇOVDAROVUN DAHA BİR CİNAYƏTİ

  • By admin
  • 13 Avqust 2016 12:20

aer

Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərinin cinayətlərinin üstü açılmaqda davam edir. Gununsesi.info-nun araşdırması zamanı MTN-nin rəhbər şəxslərinin daha bir iş adamını müflis etməsinə dair fakt üzə çıxıb.
Ölkəcə məhşur olan AER dondurma şirkətinin faktiki sahibi Adil Şərifov MTN-nin “qanlı generalı” Akif Çovdarovun “toruna düşüb”.  İş adamının MTN tərəfindən müflis edilməsi isə AER dondruma fabrikinin yerləşdiyi mülkün özəlləşdirilməsi prosesiylə başlayıb.
Əmlak Komitəsinin rəsmisi Rafiq Cəlilovla ilkin razılaşma zamanı obyektin 100 min manata özəlləşdirilməsi barədə razılıq olsa da sonradan bu rəqəm 3 dəfə dəyişib. 300 min manata qiyməti qaldıran Əmlak Komitəsinin rəhbərliyi şirkətdən daha sonra 650 min manat alıblar.

adil

kerem....
Ehtimallara görə, iş adamı barəsində informasiyanı MTN-də Əmlak Komitəsinin rəhbərliyi ötürüb. Özəlləşmə prosesindən bir neçə gün sonra Adil Şərifov MTN-nı çağrılıb və orada iş adamını Akif Çovdarovun otağına aprıblar. Kabinetində Adil Şərifovu ağır söyüşlərlə qarşılayan “qanlı general” “sən qudurmusan 650 minə obyekt özəlləşdirirsən” deyə ondan bu pulları haradan almasını soruşub.  1 gün iş adamını MTN-də saxlatdırıan Akif Çovdarov çıxış yolu kimi ona “Nikoil” banka getməsini9 və mənzillərini, avtomobillərini girov qoyub, pul çəkməsini tələb edib. Həbs hədəsindən çəkinən Adil Şərifov Çovdarovla razılaşmalı olub və banka gələrkən bütün sənədlərin hazır olduğunu görüb. 500 min manatlıq kreditə imza atan iş adamı həmin pulların bankdan elə Çovdarovun adamları tərəfindən aparıldığının şahidi olub.
Araşdırmamız zamanı onu da öyrəndik ki, MTN-dəki mütəşəkkil dəstənin ifşasından sonra AER şirkətinin rəhbərliyi başına gətirilənlərlə bağlı Baş Prokurorluğa şikayət edib.
Şikayətdə 50-yə yaxın məcburki köçkün ailəsinin çalışdığı müəssisənin müflis olması və qanunsuzluqlardan bəhs olunur.

akifchov

Gununsesi.info