MTN-nin həbsdəki generalı istintaqı şantaj edir İNTİHAR EDƏCƏM

  • By admin
  • 24 May 2016 07:26

elch-mtn

Elçin Quliyev həbsxanada dözə bilmir

Eldar Mahmudovun “vurulmasından” sonra onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığlı cinayətkar dəstənin üzvlərinin istintaqı davam edir. Gununsesi.info-un əldə etdiyi məlumata görə, həbs olunan MTN rəhbərliyi arasında olan şəxslərdən biri indiydək istintaqa ifadə verməkdən imtina edib. Bu, Anti –Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevdir. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, istintaqa ifadə verməkdən boyun qaçıran Elçin Quliyev hətta prokurorluğu da şantaj edib. Belə ki, məhkəməyə çıxmayacağını bildirən general özünü öldürəcəyini də bəyan edir: “Mən məhkəməyə çıxdığım gün özümü asacam. Məni azad etməlidirlər”.

Elçin Quliyev bu tələbi irəli sürməklə azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, bir neçə ay əvvəl Elçin Quliyevin həbsdə olan müavini İlqar Əliyev də özünü asmışdı.

Göründüyü kimi MTN-də çalışdığı zaman yüzlərlə günahsız vətəndaşın qanunsuz həbsində rol alan, onlarla ailənin həyatını məhv edən bir adam əməllərinə görə həbs olunsa da həbsxanada dözə bilmir. Ona görə də Elçin Quliyev istintaqı şantaj etməzdən öncə bir daha qanunsuz əməlləri barədə düşünməli idi.

 

Gununsesi.info