MTRŞ: “Üzərimizə heç bir öhdəlik qoyulmayıb”

  • By admin
  • 06 İyun 2016 16:29

mtrsh

“Yoxlama” verilişinin əməkdaşları ilə Şamaxıda baş verən hadisəylə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) hansısa qərar vermək səlahiyyəti yoxdur. Bununla bağlı müvafiq qurumlar açıqlama verməlidir. Biz sadəcə, verilişdə MTRŞ-nın qanunları pozulduğu halda münasibət bildirə bilərik”. Bu haqda Gununsesi.info-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. Onun sözlərinə görə, əgər verilişdə sahibkarlıq xidmətinin fəaliyyətinə, subyektinə müdaxilə olarsa, bunun üçün muvafiq qurumlar var: “Prezidntin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında sərəncamlarla bağı bizim üzərimizə heç bir öhdəlik qoyulmayıb. O məsələdə MTRŞ yayımları haqqında qanunlarında heç bir problem yoxdur”-, deyə T. Dadaşov vurğulayıb: “ “Yoxlama” verilişin monitorinqi zamanı hazırda qanunvericiliyin tələblərinin ciddi pozulması hallarına rast gəlinmir, səs-küyə səbəb olan istənilən veriliş kimi, “Yoxlama”da, xüsusi olaraq, diqqətimizdədir. Verilişin buraxılışları mütəmadi izlənilir. MTRŞ verilişə teleradio yayımı haqqında qanunvericiliyin prizmasından yanaşır. Veriliş xeyli zamandır ki, efirdədir. əgər sahibkarlığın inkişafı baxımından problem yaratmış olsaydı, müvafiq qurumlar reaksiya verərdi”.

Qeyd edək ki, ATV telekanalının “Yoxlama” verilişinin 6 əməkdaşının Şamaxı rayonunda çəkiliş aparmaq istədikləri “Şamaxı” yeməkxanasında sahibkarla aralarında münaqişə yaşanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ATV telekanalının “Yoxlama” verilişinin əməkdaşları – Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Mübahisə zəminində ATV telekanalının əməkdaşlarının döyüldüyü, eləcə də onlara məxsus videokamera, səs qurğusu və digər avadanlıqların sındırıldığı iddia olunur. Hazırda rayon prokurorluğunda araşdırma aparılır.

 Gülnaz Qənbərli