Pedaqoji Universitetin işdən qanunsuz çıxarılan əməkdaşıPREZİDENTƏ MÜRACİƏT ETDİ

Pedaqoji Universitetin işdən qanunsuz çıxarılan əməkdaşı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Arzu Əliyeva haqsız yerə işdən çıxarılması ilə bağlı Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri, Ceyhun Bayramova, müxtəlif KİV-lərə, o cümlədən Gununsesi.org-a müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Mən Arzu Əsəddin qızı Əliyeva üçün ikinci ailə idi. Çünki orta məktəb partasının arxasından bir başa həyatımın bütün dəqiqələri bu universitetdə keçib. Tələbəlik illərim ….25 illik əməkdaşlıq fəaliyyətim ….Cəfər Cəfərov rektor təyin edilənə qədər. Sanki Cəfər Cəfərovu hansısa Ermənistan təşkilatlarından birinə rəhbər təyin edib və tapşırıblar ki, nə acığın var çıx.

Gəldiyi ilk gündən mənim Sizə bu müraciəti yazdığım saniyələrdə belə Cəfər Cəfərovun ancaq bir amalı var. “Ulu öndərimizin dəyər verdiyi ADPU –nu darmadağın edim.” Qadın bilmir, alim bilmir, ailə vəziyyəti nədir bilmir, sadəcə bir sözü əzbərdən deyir “ Prezident deyib ki, get oraları təmizlə”. Mən başa düşmədim vaxtilə Ə.Dəmirçizadənin, İ.Şıxlının, M. Ə.Sabirin övladı M.Tahirlinin calışdığı, dövlətimiz üçün pedaqoqlar yetişdirdikləri ADPU çirkabdır ki , Cəfər Cəfərov onu təmizləyir. Biz onun ilk dəfə fakültələrlə tanışlıq cıxışından belə başa düşdük ki, bu insan ancaq dövlətə qarşı addımlamağa qarşı fikirlər yaratmağa gəlib…amalı ancaq xalqı incitməklə prezidentin adını hallandırmaqla, dövlətimizin uğurlu addımlarına mane olmağa qulluq edir.

Bir məsələ çox maraqlıdır, Cəfər Cəfərov hansı fikirlərlə təşkilatı idarə etmək fikrindədir. İşçini işlədir, mükafatlandırır və….şərləyərək uzaqlaşdırır. Məhkəmələrə də müraciət edəndə gətirdiyi komandanın üzvləri bildirirlər ki, məhkəmələri biz dolandırırıq….onlar çörəklərinə təpik atmazlar…bizim cibimiz….. məhkəmələrin insan hüquqlarını kobudcasına pozan qərarları. Cəfər Cəfərov o qədər harınlayıb ki ,universitetdə onun gəlişindən sonra ölüm hadisələri də onu öz əməllərindən uzaqlaşdırmır. Bir tənha kitabxanaçı qadını təhqiramiz surətdə işdən çixartmaqla onun həyatına son qoydu. Qadın dörd divar arasınd keçindi, neçə gündən sonra yaxınları xəbər tutdu. Fizika fakultəsinin əməkdaşı – xərçəng xəstəsi Cəfər Cəfərovun qəbuluna gəlib yalvardı ki, onsuz da ölürəm qoyun son ana qədər işləyim…amma əfsuslar o da dözmədi əmri verilən kimi dünyasın dəyişdi. Botanika kafedrasının əməkdaşı Arzu müəllimi o qədər alcaltdılar ki, əlində ərizə ikinci mərtəbədə koridorda kecindi. Arzu müəllimin ölümü mənim işdən cıxarılma səbəbim oldu. Çünki Arzu müəllimin haqqına girdiklərini işıqlandırdım. Bunu görən Cəfər Cəfərov qondarma Attestasiya Komissiyası vasitəsilə aparılan imtahan nəticələrimin müsbət nəticələri əlimdə ola-ola mənə əlaltıları vasitəsilə çatdırdır ki, sən yararsızsan və Cəfər Cəfərovun kirli işlərini həyata keçirən Aydın Kərimov dedi ki, sənin siman – Arzu xanım mənim xoşuma gəlmir. Hətta bununla da sakit olmadılar, anam da ADPU – da Nəşriyyat şöbəsində çalışırdı – onu da çağırıb şantaj edərək işdən öz ərizəsilə getməsinə məcbur etdilər.

Hörmətli Prezident!

Bütün bu çirkin əməlləri həyata keçirərkən ancaq Sizin adınızı cəkirdi. “Prezident tapşırıb.”

Cənab Prezident !

Xahiş edirəm mənim müraciətimi qəbul edəsiniz, tapdanmış insan hüquqlarının pərpasına yardım edəsiniz, Cəfər Cəfərovla bağlı dünyasın dəyişmişlərin qanının yerdə qalmamasına yardım edəsiniz. Biz həmişə Sizi, atdığınız addımları, apardığınız islahatları dəstəkləmişik və həmişə rəhbərliyiniz altında Azərbaycana xidmət etməyə hazırıq. Sizə inanırıq və bilirik ki, Cəfər Cəfərovun belə “dövlətəqarşı xalqı qaldırma hərəkatı” na son qoyacaqsınız. Təşəkkür edirəm!

COMMENTS