Müəllim şagirdi döyüb xəstəxanalıq etdi? - Daha bir məktəbdə hadisə

  • By admin
  • 12 Aprel 2019 13:30

Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. 

Gununsesi.org Virtualaz.org-a istinadən xəbər verir ki, xəsarət alan şagird Aqşin Hüseynov təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.

12 yaşı olan məktəbli 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.