“Mübariz Mənsimovun siyasi ambisiyası yoxdur”- FƏZAİL AĞAMALI

“Mübariz Mənsimovun siyasi ambisiyası yoxdur”

 

“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adının böyük bir gəmiyə verilməsi vətəndaş kimi məni qürürlandırdı. Mən buna görə, “Palmali” şirkətlər qrupunun rəhbəri həmyerlimiz Mübariz Mənsimova təşəkkür edirəm. Bu gün onun gəmiləri dünya sularında “Heydər Əliyev”, “Zərifə Əliyeva”, “Məhəmmməd Əmin Rəsulzadə”, “Bəxtiyar Vahabzadə”, “Mübariz İbrahimov” və başqa dahi şəxsiyyətlərimizin adı altında üzür.  Azərbaycanın dahi şəxsiyyətləri dünya miqyasında bu yolla əbədiləşdirilərək tanıdılır. Mən sevinirəm ki, Azərbaycanı bu cür sevən , onun keçmişini qiymətləndirən belə eloğlanlarımız var”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı azərbaycanlı iş adamı Mübariz Mənsimovun AXC lideri Məhəmməd Əmin Rəsulzadənin adını gəmisinə verməsi faktına münasibətində söyləyib.

Fəzail Ağamalı bildirib ki, Mübariz Mənsimovu bu yaxınlarda yaxından  tanımaq imkanı olub: “Türkiyədə  olarkən, mən Mübariz Mənsimovla tanış oldum, bir süfrənin arxasında oturduq, çörək kəsdik, geniş xarakterli  müzakirələr apardıq. Mən onun bir daha vətənimizə, dövlətimizə, öz dilindən söyləmiş olduğu yüksək fikirlərin şahidi oldum və o, hər zaman dediyi sözü bir daha xatırlatdı ki, “Mən vətən, müstəqilliyik, dövlətimizmiz üçün bütün imkanlarımdan, hətta canımdan belə keçməyə hazıram”  

Eyni zamanda dəfələrlə ulu öndərimiz Heydər Əliyevə sədaqətini, ona bir vəfa borcu olduğunu dilə gətirdi. Onun Mübariz Mənsimovun həyatında oynamış olduğu müstəsna rolu yüksək səviyyədə qiymətləndirdi. Bu, doğrusu məndə ciddi təəssürat yaratdı və düşündüm ki, o, müstəqil adamdı, kifayət qədər maddi imkanları var. yetərincə səmimi idi.  Bu, əlbəttə, məndə böyük təəssürat yaratdı eyni zamanda onun uzun illərdən bəri Azərbaycanın tarixi şəxsiyyətlərin adını əbədiləşdirilməsi ilə bağlı atmış olduğu addımlar da hər zaman yüksək qiymətləndirilibdir.

Bunun özü də mən düşünürəm ki, Azərbaycan tarixinə, Azərbaycan xalqına xidmətin bir formasıdır. Mübariz Mənsimov  Türkiyədə oxuyan tələbələrimizə yardım göstərir. Onların sonradan işlə təmin olunmasına da öz köməkliyini əsirgəmiyib.  Dediyinə görə, 40 minə yaxın işçisi var onun 12 mini azərbaycanlılardır və bütün şirkətə azərbaycanlıları cəlb etməyi qarşısına məqsəd qoymuşdur”.

“Mübariz Mənsimov dəfələrlə Prezidentə, dövlətə sədaqqtini ifadə etsə də amma bizim yerli mediada ona qarşı kampaniya aparılır. Sizcə bunu yazdıranların məqsədi nədir”sualına millət vəkili belə cavab verib:

İlk növbədə mən bu yazıların əleyhinəyəm. Bilmirəm bunun kökü hardan qaynaqlanır,  bunu demək mənim üçün çətindir.  Onu deyim ki, bu tip  yazılar qarşı tərəfi istər-istəməz qıcıqlandırır. Həmin yazılara son qoymaq lazımdır. Çünki, o dəfələrlə prezidentin və dövlətimizin  əsgəri olduğunu önə çəkib. Məncə dediklərində hər hansısa bir siyasi məqam yoxdur. İndi ola bilsin ki, hansısa səbəbdən ona qarşı hücumlar,  doğru olmayan addımlar var. Düşünürəm ki, bu yaxşı hal deyil  və mən çox arzulayardım ki,  Mubariz Mənsimova qarşı bu cür hallar  aradan qalxsın.  Mənsimov hər zaman özünün konkret imkanları ilə Azərbaycan dövlətçiliyinə xidmətlərini əsirgəmir. Öz imkanları ilə vətəndaş mövqeyində çıxış edib,  köməkliyini göstərib, Gəldiyim qənaətə görə, onun düşüncələrində və fəaliyyətində siyası ambisiyalar yoxdur. Biz çalışmalıyıq ki, onun imkanlarından dövlətimiz bəhrələnsin”.

Gunay Təhməzova

Gununsesi.org

COMMENTS