Müğənni Gülay Zeynallıya vəzifə verildi - FOTO

  • By admin
  • 13 Fevral 2018 14:52

Tanınmış müğənni Gülay Zeynallıya vəzifə verilib.

Gununsesi.info xəbər verir ki, o, bundan sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti olacaq.

Onu bu vəzifəyə Xalq artisti Samir Cəfərov təyin edib.

Qeyd edək ki, Samir Cəfərov ötən ilin iyun ayından Gəncə Dövlət Filarmoniyasının direktorudur.