Muğam ustadları da Mehriban xanımı təbrik etdi - "Onun sayəsində bu gün həyatdayam..." - FOTOLAR

  • By admin
  • 26 Avqust 2016 13:25

 

arif-mehi

 

Bu gün ölkənin birinci xanımı, millət vəkili  Mehriban xanım Əliyevanın  doğum günüdür.

Gununsesi.info xəbər verir ki, xalq artistləri, muğam ifaçıları onu  saytımız vasitəsilə təbrik ediblər.

Xalq artisti Arif Babayev:” Öz vətəni ilə bərabər Avropa ölkələrində də sevilir…”

“Mehriban xanım böyük xanımdır, böyük insandır. Öz vətəni ilə bərabər Avropa ölkələrində də sevilir. Deyirsən, ilahi bu necə insandır? Böyükləri, körpələri necə də sevir…Bu, onun insanlığından irəli gəlir.

Bizim əvvəl də muğamımız, milli alətlərimiz, musiqimiz var idi, amma bu səviyyədə deyildi. Nə qədər sənətçinin kompakt diskləri buraxıldı, təqaüdlər verildi, televiziya müsabiqələri keçirildi. Nə qədər istedadlı insanlar üzə çıxdı.  Yaşlı insanıq, qayğıya, hörmətə, diqqətə ehtiyacımız var. Biz bunu həmişə ondan görmüşük.  Alllah prezidentimizin də, Mehriban xanımın da canını sağ eləsin. Biz- mədəniyyət adamları böyük orduyuq, hamımız onu dəstəkləyirik”.

Xalq artisti Ağaxan Abdullayev: “Mehriban xanımın sayəsində bu gün həyatdayam…”

“Bu gün muğam ifaçılarının bayramıdır. Çünki bizə, muğama diqqət göstərən bir şəxsin bu gün doğum günüdür. Muğam qədər ömür yaşasın. Allah gözəl övladlarını qorusun!

Bütün xoş niyyətlərimi ona arzu edirəm. Mən Mehriban xanımın sayəsində bu gün sağam. O, olmasaydı, çoxdan ölmüşdüm. 5 ildir xaricdə müalicə alıb yenidən vətənə qayıdıram. Ona çox minnətdaram”.

Xalq artisti Mələkxanım Əyyubova:”Mədəniyyətə, gənclərə, şəxsən bizə göstərdiyi diqqətin, xidmətlərin birbaşa şahidiyik”

“ Çox gözəl xanım, qayğıkeş ana, yaxşı siyasətçi… bütün müsbət keyfiyyətləri onun ünvanına demək olar.  Biz onunla çox ünsiyyətdə olmuşuq. Mədəniyyətə, gənclərə, şəxsən bizə göstərdiyi diqqətin, xidmətlərin birbaşa şahidiyik. Onun zəhməti sayəsində illərdi Heydər Əliyev Fondu bizə təqaüd ayırır. Əlbəttə, söhbət maddiyyatdan deyil, mədəniyyətə verdiyi dəyərdən gedir. Axırıncı dəfə aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinə ehsan veriləndə biz də orda idik. Bütün anaları diqqətlə dinləyir, acılarını  daxilindən keçirərək onlarla birgə ağlayırdı. Biz- mədəniyyət işçilərinə yol göstərən olmasa heç nə edə bilmərik. Muğam Mərkəzi onun sayəsində tikildi və  həmin mərkəz bizim evimiz sayılır. Mən onun  xidmətləri barədə metodik iş də yazmışam, qoy gələcək nəsillər də Mehriban xanımdan xəbərdar olsun. Allah ona can sağlığı, uzun ömür versin”.

Xalq artisti Nəzakət Teymurova:”Hansı sahə olur-olsun, onu xeyirli işlərini görmək olur”

“Bu gün bütün dünyada muğam tanınır, sevilir, təbliğ edilir, yəni,  bütün bu işlər onun-Mehriban xanımın adı, fəaliyyəti ilə bağlıdır. Bir neçə ildir Azərbaycan muğamının sədaları xaricdən gəlir, bubların hamısı onun siyasətinin, fəaliyyətinin nəticəsidir. Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib, muğam zirvələrə qalxıb. Yəni, hansı sahə olur-olsun, onu xeyirli işlərini görmək olur. Biz muğamsevərlər hamımız onun doğum gününü təbrik edirik”.

aqaxan-mehi

melek-mehi

nezaket teymurova

 

Gununsesi.info