Murad Arif sosial şəbəkədə şəxsi həyatı ilə bağlı maraqlı etiraf etdi

  • By admin
  • 08 İyul 2019 14:56

Bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə şəxsi həyatı barədə maraqlı etiraf edib.  Gununsesi.org xəbər verir ki, sənətçi dünən feysbukda foto paylaşaraq xanımı ilə 12 il bundan əvvəl ailə qurduğunu bildirib. 

Murad qeyd edib ki, o, xanımı ilə MSN-də tanış olub: “07.07.2007 – uşaqlarımın anasıyla ilk dəfə MSN-də söhbətləşdik.O Stokholmda, mən isə Bakıda… Həmin gün ulduz yağışı da var idi. Deyirlər, belə gecələr, mütləq arzu tutmaq lazımdır. Bizimki gerçəkləşdi, 12 il”.

Gununsesi.org