“Murad Dadaşov “Xəzər Tv”-ni “Maşın Şou”ya çevirəcək” – Professor Qubad İbadoğlu

  • By admin
  • 08 Yanvar 2020 11:43

Murad Dadaşovun “Xəzər Tv”-yə rəhbər təyin edilməsi bir çox insanlar tərəfindən birmənalı qarşılanmayıb. Gununsesi.org xəbər verir ki,tanınmış iqtisadçı alim,Qubad İbadoğlu bununla bağlı öz Facebook hesabında fikirləriniz yazıb. Həmin yazını olduğu kimi sizə təqdim edirik:

“Bir vaxtlar “Neft sənin deyil, neft dövlətindir” sözləri ilə ictimai diqqətə gələn Murad Dadaşov Xəzər TV-yə direktor təyin olunub. Bu təyinatdan sonra yəqin ki, Xəzər TV də “Maşın şou”ya çevriləcək. Maariflənməyə, elmi-yaradıcılığa, analitik debatlara, intellektə və vətənpərvərliyə daha çox yer ayıran verilişlərə ehtiyacın getdikcə artdığı halda şou-biznes əhlinin TV idarəçilyində irəli çəkilməsi “inkişaf”ın hara istiqamətlənəcəyini göstərir.

Görəsən, Azərbaycanda peşəkar televiziya mütəxəssisləri, jurnalistlər, media menecerləri tapılmadı ki, Xəzər TV-yə rəhbərlik etsin?”