“Musanın ağ tellərini sevirəm” -Təranə Qumral

  • By admin
  • 10 Yanvar 2019 21:59

“Yaş kişidə və qadında özünü göstərir. Bilirik ki, 35 yaşdan sonra saç yavaş-yavaş ağarmağa başlayır. Kimi saç boyasını qoyub üstünü örtür. Mən isə Musanın ağ tellərini sevirəm”.

“Gununsesi.org” xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “Səhər-Səhər” proqramına qonaq olarkən deyib.

O, həyat yoldaşı, ifaçı Musa Musayevin ağ saçlarına heyran olduğunu bildirib.  Verilişin digər qonağı M. Musayev isə söyləyib ki, “ağsaqqal” olmaq arzusumdur:

“Mənim uşaqlıq arzum idi. Hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. Mən o həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib özümə ağsaqqal deyə bilmərəm. Hər bir yaşın öz gözəlliyi var”.