“Müsavat” neçə namizədlə seçki yarışına qatılır?

  • By admin
  • 17 Yanvar 2020 17:14
Müsavat Partiyası qeydə alınan namizədlərinin sayını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə partiyanın başqanı Arif  Hacılı məlumat verib.

O, qeyd edib ki, Müsavat Partiyası 63 namizədlə növbədənkənar parlament seçkilərinə qatılıb.
“O 63 nəfərdən 59-u seçki dairəsi üzrə millət vəkilliyinə namizəd kimi qeydə alındı. 3 milyona yaxın seçicini əhatə edən seçki dairələrində namizədlərimiz olacaq. Digər dairələrdə müxalifət bloklarının namizədlərini, müstəqil namizədləri, gənc fəalları müdafiə etmək niyyətindəyik”.