Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb

  • By admin
  • 19 Noyabr 2019 15:37

Gürcüstan parlamentinin plenar iclaslarının keçirildiyi zalın qapısı qıfıllanıb.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, qıfılı qapıya müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının (VMHP) parlamentdəki fraksiyasının rəhbəri Roman Qotsiridze bağlayıb.

Deputat bildirib ki, bu yolla təmsil etdiyi partiya parlamentin fəaliyyətinə siyasi boykot elan edir.

Onun sözlərinə görə, VMHP-in proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefası ilə bağlı tələbləri qüvvədə qalır.

 

Gununsesi.org