Müxalifət lideri ölkədən qaçdı

  • By admin
  • 17 Noyabr 2017 22:50


Venesuelanın müxalifət lideri Antonio Ledezma Kolumbiyaya qaçıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Tvitter hesabında yazıb.

“Antonio Ledezma, azadlığa xoş gəlmisən! Bu, onun atacağı ən gözəl addımdır. Sən bizə narkodiktaturanın məhbusu kimi deyil, azadlığın, insan haqlarının və demokratiyanın qorunması üçün lazımsan”, – deyə Pastrana bildirib.

Qeyd edək ki, Ledezma 4 avqustdan bəri ev dustaqlığında idi.

 

Gununsesi.info