Müxalifət liderinin evini partlatdılar - GÜRCÜSTANDA

  • By admin
  • 23 Noyabr 2018 15:27

Gürcüstanda əsas ana müxalifət hesab olunan “Vahid Milli Hərəkat” partiyasının regional əlaqələndiricisi Elmira Butsiaşvilinin evinə basqın olub.

Gununsesi.org  xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, gecə saatlarında Elmira Butsiaşvilinin Qurdcaani rayonunun Vidjini kəndindəki evinə “Molotov kokteylləri” atılıb və güclü yanğın baş verib. Nəticədə həyətdəki avtomobil və tikili yanıb. Elmira Butsiaşvili baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirib. DİN-də faktla bağla cinayət işi açılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl partiyanın daha bir fəalına qarşı hücum olmuşdu. Bıçaq yarası almış müxalifət lideri xəstəxanaya yerləşdirilib.

Analitiklərin fikrincə, bu cür hadisələri iqtidar partiyası da törədə bilər. Amma burada üçüncü əlin də olması mümkündür. Bəzi qüvvələr bu yolla ölkədə qarışıqlıq yaratmaqla sabitliyi pozmağa çalışa bilərlər.