MY-dən “Monako”ya 40 milyon avroluq təklif

  • By admin
  • 16 İyun 2019 10:56

“Mançester Yunayted” komandadan ayrılması gözlənilən Pol Poqbanın əvəzləyicisini Fransada tapıb.

Gununsesi.org Komanda.az-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” müqavilə ilə “Monako”ya məxsus olan, mövsümü icarə əsasında “Lester”də keçirən Yuri Tilemansı heyətinə qatmaq niyyətindədir. Mançester təmsilçisinin belçikalı futbolçu üçün “knyazlıq klubu” ilə danışıqlara başlayacağı və 40 milyon avro təklif edəcəyi deyilir.

Bundan başqa, “Lester” də komandada saxlamaq istədiyi futbolçu üçün “Monako”ya 40 milyon avroluq təklif göndərməyə hazırlaşır.

22 yaşlı futbolçu bu ilin yanvar ayından çıxış etdiyi “Lester”in heyətində keçirdiyi 13 oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.