Myanmarda partlayışlar baş verib - YARALILAR VAR

  • By admin
  • 24 Fevral 2018 08:20

Fevralın 24-də səhər saatlarında Myanmarın Arakan ştatında ardıcıl üç partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayışlar ştatın paytaxtı Akyabda (Situe) qeydə alınıb. Bir neçə polis əməkdaşının yüngül yaralandığı bildirilir. İlkin məlumata əsasən, ölən yoxdur.

Fevralın 21-də Laşo şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Ötən ilin avqustunda Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan ştatında yerli müsəlmanlara hücumları nəticəsində çox sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Gununsesi.info