Nə deyək indi, Allah xeyirmi versin, yoxsa?…

Nə deyək indi, Allah xeyirmi versin, yoxsa?…

İranın “PartSaman Jahan” memarlıq şirkəti işğal altındakı Şuşanın ən qədim (1883-1885) məscidində – Yuxarı Gövhər Ağa məscidində təmir işləri aparır. Bu barədə erməni qaynaqları yazıb. “İntensiv davam edən işlərin ilin sonuna qədər bitəcəyi” deyilir. Təmir edilən ibadətgahın fotosu da yayılıb.

Nə deyək indi, Allah xeyirmi versin, yoxsa? Axı “Allah evi” tikmək və ya təmir eləmək savabdır və imandan sayılır. Amma “xeyir-dua”ya tələsməyin. Birinci ona görə ki, işğal altındakı məscidimizə “sayğı” göstərən nə İran, nə də təbii ki, Ermənistan Azərbaycana dost ölkələr deyil. Onlardan biri düşmən, o biri isə faktiki, düşmən cildinə girmiş dostdur. Yoxsa iranlının düşmənimizin yanında nə işi?

Onları birləşdirən də zatən, budur – bizə münasibətdə ortaq maraq, antitürk xisləti. Əks halda, hər ikisi oğrun yolla, sərhədlərimizi və beynəlxalq hüququ kobud şəkildə pozmaqla ərazimizə soxulub, bizdən iznsiz mədəniyyət abidəmizə toxunmazlar.

İran Gövhər ağa məscidini ile ilgili görsel sonucu

Bunlar öz yerində. Məsələ ondadır ki, işğalçı Ermənistan Şuşa məscidini elə “fars məscidi” sayır. Elə bilirsiniz, İranda bundan xoşlanmırlar? Bal kimi xoşlanırlar. Şuşa məscidini də əmin olun ki, bu dəqiqə elə “fars məscidi” kimi qəbullanaraq təmir edirlər, Azərbaycan mədəni abidəsi kimi yox.

Belədirsə, indi haradan bilək ki, Gövhər Ağa məscidi ənənəvi simasından uzaqlaşdırılmayacaq, ora bizdən xəbərsiz “fars elementləri” əlavə edilməyəcək, Şimali Azərbaycanı “Aran” (İran) sayan fars şovinistlərinin əlinə bizə qarşı ərazi iddiası üçün yeni tutarqa verilməyəcək? Azərbaycandakı səfirliyini hələ də “İranın Bakıdakı səfirliyi” adlandıran, yəni Azərbaycanı əslində dövlət saymayan və 26 ildir bu lövhəni dəyişməyən bir dövlətin, Qarabağı Azərbaycan yox, islam torpağı hesab edən, işğalçı Ermənistanla on illərdir ən isti münasibətdə olan yeganə islam ölkəsinin səmimiliyinə inanmaq mümkünmü?

İran Gövhər ağa məscidini ile ilgili görsel sonucu

Mövzudan uzaqlaşmayaq.      

Başqa yandan, ibadət edilməyən məscidin təmiri kimə lazımdır ki? Bəlkə Qarabağın “qədirbilən” erməniləri İranın onlara sonsuz lütfkarlığı və yaxşılıqlarına cavab olaraq, dinlərini dəyişib müsəlman olmağa, Şuşa məscidində namaz qılmağa hazırlaşırlar, xəbərimiz yox?

“İslamlaşan” ermənilər, “erməniləşən” müsəlmanlar… Bu mənada Şuşa məscidini təmir edən müsəlmanlar daha çox ermənidir, nəinki müsəlman. Zira, məscid təmiri savab iş olsa da, bundan qat-qat böyük savab – həmin məscidi öz halal sahibinə qaytarmaqdır. Yəni önəmlisi niyyət: sən onu sahibindən xəbərsiz hansı məqsədlə bərpa edirsən? Xeyir ola? Müsəlmanların ibadəti üçün edirsənsə, onda başına dəysin yaxşılığın, elə qaytar onu öz  sahibinə – müsəlman azərbaycanlılara, şuşalılara, özləri təmir edərlər! Şükür, azərbaycanlılar sizdən kasıb deyillər, əksinə, zəngindirlər və həmişə də sizdən zəngin olublar.

İran Gövhər ağa məscidini ile ilgili görsel sonucu

Sözsüz ki, burda söhbət təkcə Ermənistandan getmir. Həm də onunla illərdir “çaşka-lojka” olan, işğalçının nazını çəkən İrandan və onun bəd niyyətindən gedir. Göründüyü kimi, bizimlə din, məzhəb “qardaşlığı” qonşularımıza xaçpərəst işğalçılarla, müsəlman torpaqlarında etnik təmizləmə aparmış təcavüzkar ermənilərlə iş birliyində olmağa əsla mane olmur. Di gəl, Tehran on illərdir Fələstinə görə yaxasını cırır, “İsraili xəritədən siləcəm!” deyir. Çünki İran üçün hər şeydən öncə dövlət maraqları gəlir, ümmət maraqları yox. “Din qardaşlarımız”ın bizdən iznsiz Şuşa məscidini təmir eləməsinin qayəsində bu maraq dayanır.

İran Gövhər ağa məscidində təmir ile ilgili görsel sonucu

Düşmənin marağına gəlincə, şəkk-şübhəsiz, ermənilər bununla özləri haqda islam aləmində, ərəb-türk dünyasında müsəlmanlara qarşı tolerant toplum imici yaratmaq, işğal faktını arxa plana keçirmək və ona haqq qazandırmaq, özünə münasibətdə islam ölkələrinin səfini pozmaq hədəfi güdürlər. Təəssüf ki, bu qara, məkrli işdə onlara “din-məzhəb qardaşlarımız” da yaxından kömək etməkdədirlər.

Şuşanı üstündə böyük xaç işarəsi olan tanklarla işğal edən katolik ermənilərin içində azca Allah sevgisi, Allah xofu olsaydı, Gövhər Ağa məscidini, bu məscidin yerləşdiyi rayonu, digər işğal alındakı əraziləri çoxdan halal yiyəsinə qaytarardılar. Bunlar yoxsa, istəyir yüz belə məscid təmir etsinlər, savab əvəzinə nifrət qazanacaqlar. Elə onlara dəstək verən “din qardaşlarımız”la birgə!..

COMMENTS