Nəsimidə anım gününə həsr olunmuş tədbir

  • By admin
  • 10 Dekabr 2019 09:56

Azərbaycan Tibb Universitetində  Nəsimi Rayon İcra Hakimiyyəti və Tibb Universitetinin birgə  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Gununsesi.org xəbər verir ki, İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, ATU-nun rektoru, professor Gəray  Gəraybəyli, Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad Bədəlbəyli, Millət vəkilləri Ziyad Səmədzadə, Asim Mollazadə, Məlahət İbrahim qızı, Rafiq Məmmədhəsənov,  Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə ilk öncə Heydər Əliyevin  abidəsi önünə güllər qoyulub.

G.Gəraybəyli Azərbaycanda səhiyyə sahəsinin inkişafı və peşəkar tibbi kadrların hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu xatırladıb: “Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”. 

 A. Əsgərov  çıxışında bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər H. Əliyevin siyasətinin nəticələridir: “Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki o, yalnız millətinin gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın xanlıqlara bölünməsi, dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.

Tədbir daha sonra tədbir Bakı Musiqi Akademiyasının professoru Yeganə Axundovanın rəhbərliyi ilə Akademiyanın tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. 

Gununsesi.org