“Nəticə gözlənildiyindən xeyli yüksək oldu…” - ƏLİ MƏSİMLİ

  • By admin
  • 07 Fevral 2020 22:18

Yanvarın 17-dən seçkiqabağı təbliğat-təşviqat kompaniyasına start veriləndə, Şəkidən olan dostlarımı 114 saylı Şəki kənd birinci seçki dairəsi ərazisində keçirəcəyimiz görüşlərimizdə, ölkəmizin digər bölgələrində yaşayan həmvətənlərimizi isə sosial şəbəkədə fəal iştiraka və bizə dəstək olmağa dəvət etdik. Nəticə gözlənildiyindən xeyli yüksək oldu.

Gununsesi.org xəbər verir ki, bunu millət vəkili, adıçəkilən dairədən 4-cü dəfə deputatlığa namizəd Əli Məsimli müraciətində dilə gətirib.

“Məni həmişə fikirdə, özdə və əməldə dəstəkləyən dəyərli dostlarımızla yanaşı, öz ürəklərinin diqtəsi ilə xeyli insan bizim təbliğat-təşviqqat kompaniyasına qoşuldu.Mənimçün çox xoş və təsirli olanı isə o oldu ki,həmin könüllülərin xeyli hissəsi yeni simalar idi.Seçki kompaniyası zamanı təbii surətdə formalaşmış komandanın hər bir üzvünə-rayonda böyük nüfuza malik olan dostlara,dəyırli insanlara, ağsaqqallara,elm adamlarına,gənc könüllülərə,sosial qrupların münayəndələrinə,mənə həqiqətən hərtərəfli və çox güclü dəstək olan KİV-lərə, böyük fəallıq nümunəsi sərgiləyən dəyərli media mənsublarına,çoxsaylı feysbuk dostlarıma,bir sözlə bu işdə xidməti olan hər kəsə öz dərin minnətdarlığımı bldirirəm.Yaxşı ki, varsız! Eyni zamanda önu da bildirirəm ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən bu gün-fevralın 7-də saat 22-00-da təbliğat-təşviqat kompaniyasını dayandırıram və dostlarıma da təşəkkür edərək mənim təbliğatımı dayandırmağı xahiş edirəm.Hamınıza bir daha təşəkkür edirəm, var olun,canınız sağ,işləriniz avand olsun!”-deyə, Ə. Məsimli müraciətində sonra qeyd edib.

 

 

Gununsesi.org