Nəzir qutusundan oğurluq

  • By admin
  • 26 İyun 2019 13:20

Cəlilabad rayonunda məscidin həyətindəki nəzir qutusundan oğurluq edilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.
Gununsesi.org