Naməlum şəxslər evə basqın edərək evi soydular KİŞİ ÖLDÜ, ARVAD İSƏ YARALANDI

  • By admin
  • 08 İyul 2019 13:33

Bakıda naməlum şəxslər evə basqın ediblər.

Gununsesi.org-un məlumatına görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

İki nəfər naməlum şəxs 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyevanın yaşadıqları evə hücum edib.

Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Gununsesi.org