Nanotexnologiya qidaları sağlamlaşdıracaq

  • By admin
  • 30 İyul 2016 15:30

qaqe

Mütəxəssislər qida zəhərlənməsi riskini azaltmağın yolunu tapıblar.

Gununsesi.info rus mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər yumurtalar üçün gümüş nanozərrəcikli kağız qutular hazırlayıblar. Alimlərin sözlərinə görə, bu cür qablaşdırma yumurtaların saxlanma müddətini xeyli müddət artıracaq. Qablaşdırma qutuları tərkibində gümüş, jelatin və xitozan olan örtükdən hazırlanır. Örtük yalnız kağız qutunun üzərinə çəkilir. Sintetil materialların üzərinə bu qatı çəkmək mümkün deyil. Qutunun üzəri quruyandan sonra qida məhsullarını saxlamağa hazır olur. Alimlər bu qənaətə gəliblər ki, sözügedən örtük gümüş nanozərrəcik sayəsində mikrob və virus əleyhinə güclü xassəyə malikdir. Beləliklə, yeni qutu yumurtanı 14 gündən 30 günədək saxlamağa imkan yaradır. Yeri gəlmişkən, mikrob əleyhinə materialla örtülən kağız tara çox yaxşı emal edilir.

Xəyalə Xanəli qızı

Gununsesi.info