Nardaranda kişi arvadını sinəsindən bıçaqladı

  • By admin
  • 02 Dekabr 2019 10:14

Bakıda kişi arvadını sinəsindən bıçaqlayıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadən  xəbər verir ki, hadisə dekabrın 1-i saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə, Ə.Babayev arvadına mətbəx bıçağı ilə sinəsindən zərbə vurub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.org