Narkobaron “El Çapo”nun milyon dollarlıq evləri auksiona çıxarılıb

  • By admin
  • 10 Noyabr 2019 15:19

Məşhur narkobaron “El Çapo” ləqəbli Joaqin Quzmanın Meksikanın ən güclü narkotik və cinayət şəbəkəsinin məskən saldığı Sinaloa bölgəsindəki Culiacan şəhərində yerləşən dəyəri 19 milyon 430 min olan 6 ədəd mülkü auksionla satılacaq.

Milyon dollarlıq evlər

Gununsesi.org xəbər verir ki. “Daily Mail” qəzetinin məlumatına görə, 127 min 287 ABŞ dolları dəyərində olan birmərtəbəli ev özünün sadə görüntüsü ilə nəzərləri cəlb edir. Lakin əslində bu ev Quzmanın digər özəlliklərinə nəzərən ən ilginc tarixə sahib olan evlərindən biridir. Mediada çıxan xəbərlərdə Meksikadakı hüquq-mühafizə orqanlarının 17 fevral 2004-cü ildə narkobaronu burada ələ keçirmək ümidi ilə evin metal zirehini qırdığı, ancaq “El Çapo”nun nəhayət, bir həftə sonra tutulmasından öncə vanna otağının altında gizlədilmiş bir tuneldən qaçdığı yazılıb. Çıxan xəbərlərdə bildirilmişdi ki, bu hərbi əməliyyatın ardından məlum olub ki, həmin tunel vasitəsilə fərqi-fərqli 6 villaya getmək mümkündür.

Üçmərtəbəli, hovuzlu, lüks malikanələr

“The Daily Mail”in yazdığına görə, Meksikanın 11 milyon 224 min və 587 min dollar dəyərindəki ən bahalı evləri “El Çapo” tərəfindən ABŞ-da axtarışda olan oğlu Ovidio Quzman Lopezin anası Qriselda Lopez üçün alınıb. Məlumata görə, 3 mərtəbəli lüks evin çoxlu sayda yataq otağı, arxa həyətində üzmə hovuzu var. Bayaq haqqında bəhs etdiyimiz həmin altı ədəd evin hamısı televizor setləri, paltaryuma və qurutma maşınları, mikrodalğalı sobalar və “El Çapo” tərəfindən istifadə edilən idman alətləri ilə təchiz edilib.

el chapo'nun evleri ile ilgili görsel sonucu

Meksikalı dövlət rəsmiləri bu həftənin sonunda həyata keçirilməsi planlaşdırılan auksiondan əldən edilən bütün gəliri Oaxaca əyalətinin qərbində yaşayan ehtiyacı olan ailələrə, məktəbə gedə bilməyən uşaqlara verməyi planladıqlarını bildiriblər.

Xatırladaq ki, zamanında “Forbest milyarderi” siyahısında yer alan və uzun müddət axtarışda olan Quzman, 2001-ci ildə Meksikadakı həbsxanaların birindən camaşır daşınan əl arabasında gizlənərək qaçmışdı. O, 2001-ci və 2015-ci illərdə Meksikada yerləşən və ən möhkəm qorunan həbsxanalardan qaçdıqdan sonra 2016-cı ilin yanvar ayında təkrar həbs edilərək ABŞ-a təhvil verilmişdi.

 

 

Gununsesi.org