Narkotik əkini ilə məşğul olan şəxs saxlanıldı

  • By admin
  • 18 İyun 2019 14:01

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının iyunun 17-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini Rövşən Əliyev saxlanılıb.  

Gununsesi.org DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata istinad edərək bildirir ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 98 ədəd narkotik tərkibli çətənə bitkisi və 19 ədəd ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 Faktla bağlı  cinayət işi başlanılıb, istintaq aparılır.
Gununsesi.org