Narkotik yetişdirən kişi həbs olundu

Narkotik yetişdirən kişi həbs olundu

İsmayıllı rayonunda meşədə narkotik yetişdirən şəxs iş başında saxlanılıb.

Gununsesi.org “Qafqazinfo”-ya istinad edərək xəbər verir ki, rayonun Qalınçıq kənd sakini Vüqar Fətəliyev əvvəlcədən meşəyə gedərək özünə müəyyən bir sahə seçib və oranı kol-kosdan təmizləyib. Daha sonra isə orada münbit şərait yaradaraq 1527 ədəd kannabis toxumunu aparıb həmin ərazidə əkib. Bu müddət ərzində mütəmadi olaraq meşəyə gedərək toxumlara kultivasiya yolu ilə qulluq göstərib.

İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində meşədə marixuana kollarına qulluq edərkən saxlanılıb. Həmin ərazidən əlavə olaraq bitkilərdən toplanmış 3 kiloqram marixuana da aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb, ismayıllı RPŞ-nın İstintaq şöbəsində araşdırma aparılır. V.Fətəliyev məhkəmənin qərarı ilə həbs edilib.

 Gununsesi.org

COMMENTS