Azərbaycan vətəndaşları Rəsulov Elbrus Seyfəli oğlu və həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İrandan ölkəyə gələrkən Astara gömrük postunda gömrük nəzarəti zamanı saxlanılaraq, onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Elvira Ağayevanın üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada 330 ədəd “metadon” adlı həblər aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gununsesi.org